FHN-in karateçiləri növbəti uğurlara imza atıblar – FOTO

Cəmiyyət

20-22 yanvar 2023-cü il tarixlərində Bakı İdman sarayında Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında 7-ci “Arpachay Open” Beynəlxalq Karate Turniri keçirilib.  

Turnirdə altı ölkədən (Azərbaycan, Rusiya, Küveyt, Qazaxıstan, Özbəkistan, Çexiya) 650-dən çox idmançı mübarizə aparıb. Yarışda 30 idmançı ilə təmsil olunan FHN-in İdman-sağlamlıq klubunun karate komandası məşqçi müəllimlər Coşqun Sadıqov, Bilal Məmmədov və Akif Kərimovun rəhbərliyi altında yüksək nəticələr əldə etməyi bacarıb. 

Belə ki, kumite yarışlarında qızlar və oğlanlar arasında müxtəlif yaş qruplarında mübarizə aparan FHN-in karate komandasının uşaq və yeniyetmələrdan ibarət idmançıları: +40 kq çəki dərəcəsində Malik Məmmədli, -45 kq çəki dərəcəsində Sadiq Bağırov, -52 kq çəki dərəcəsində Əli Səfərov qızıl, -42 və -47 kq çəki dərəcələrində Fatma Hacıyeva, -40 kq çəki dərəcəsində Zeynal Məmmədzadə, -30 kq çəki dərəcəsində Nəzrin Şahməmmədli gümüş, -25 kq çəki dərəcəsində Ramal Şahməmmədli, -30 kq çəki dərəcəsində Sahil Nurəliyev, -61 kq çəki dərəcəsində Mədinə Baratzadə və +70 kq çəki dərəcəsində Əli Ramazanlı bürünc medalın sahibi olublar. 

Bundan əlavə, böyüklər arasında kumite yarışlarında -75 kq çəki dərəcəsində Nicat Kərimli, -84 kq çəki dərəcəsində Ehram Quliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. +84 kq çəki dərəcəsində Ehram Quliyev gümüş, -60 və +60 kq çəki dərəcələrində isə Mərhəmət Qasımov bürünc medala yiyələniblər.

Turnirdə ümumilikdə FHN-in karate komandası beş qızıl, beş gümüş və altı bürünc medal qazanmaqla yüksək nəticə əldə edib. Qaliblərə “Arpaçay” karate klubunun diplom və medalları təqdim olunub.

24 yanvar 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılar ilə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, səkkizinci dan qara kəmər sahibi, FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir