Dmitri Medvedev: “Nüvə dövlətinin adi savaşda uduzması nüvə müharibəsinə gətirib çıxara bilər”

Dünya

“Nüvə gücləri böyük münaqişələrdə məğlub olmayıblar”.

Bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, Davosda keçirilən Dünya İqtisadi Forumunda siyasətçilərin Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı səsləndirdikləri fikirləri şərh edib.

Medvedev bu barədə öz “Twitter” hesabında paylaşım edib.

“Davosda siyasətçilər təkrarlayırdılar ki, sülh əldə edilməsi üçün Rusiya uduzmalıdır. Onların heç biri başa düşmür ki, nüvə gücünə sahib olanın adi savaşda uduzması nüvə müharibəsinə gətirib çıxara bilər. Nüvə gücləri öz talelərinin həll olunduğu böyük münaqişələrdə məğlub olmayıblar”, – deyə Dmitri Medvedev bildirib.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir