İranda dörd min məhbus azadlığa çıxıb – FOTO

Dünya

İranda 975 qadın məhbus azadlığa buraxılıb və ya digər qanuni güzəştlərdən yararlanıb.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bunu İranın Məhkəmə Hakimiyyətinin sədri Qulamhüseyn Mohseni Ejeyi deyib.

Onun sözlərinə görə, Məhəmməd Peyğəmbərin qızı Həzrət Fatimənin mövludu münasibətilə həbsdə olan altı min qadına da məzuniyyət verilib.

O habelə qeyd edib ki, ölkənin 15 əyalətində 502 məhbus azadlığa buraxılıb. Dörd mindən çox məhbusun işində isə müxtəlif güzəştlər tətbiq olunub.

İranın Məhkəmə Hakimiyyətinin rəhbəri onu da vurğulayıb ki, son bir ayda dörd mindən çox məhbus azadlığa buraxılıb.

 

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir