Avropanın ən çox axtarılan cinayətkarlarından biri tutuldu

Dünya

İspaniya polisi Avropada ən çox axtarılan cinayətkarlardan birini ölkədə saxlayıb.

Bu barədə krallığın hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə deyilir.

Qeyd edilir ki, 37 yaşlı şəxs Toledo əyalətində saxlanılıb. O, 2014-cü ildən axtarışdadır. Həmin şəxsin işgəncə, adam oğurluğu, qanunsuz silah saxlama, hədələmə və digər cinayətlərdə şübhəli bilinərək tutulması üçün order olub.

Bildirilir ki, o, “İspaniyada son onilliklərin ən fəal cinayət təşkilatlarından biri”nin üzvü olub.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir