Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Xerson, Nikolayev və Dnepropetrovsk vilayətləri yenidən Rusiya Ordusunun raket hücumlarına məruz qalıb. İşğaldan azad olunmuş Xerson şəhəri xüsusilə hədəf seçilib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatları nəticəsində Baxmut ətrafındakı bir neçə qəsəbəyə nəzarəti ələ keçirib.
O da bildirilib ki, Ukraynada Fransanın bir neçə ərzaq şirkətinə qadağa qoyulması ilə bağlı petisiya başladılıb. Buna səbəb həmin ərzaq şirkətlərinin Rusiyada geniş fəaliyyət göstərməsidir.
www.RESMIXEBER.az