Ən çox tıxac olan şəhərlərin adları açıqlandı

Dünya

London 2022-ci ilin sonunda ən böyük tıxacların olduğu 50 ölkədə mindən çox şəhər arasında birinci yeri tutub.

Çərşənbə axşamı açıqlanan illik “Qlobal Traffic Scorecard 2022”  hesabatına görə, London sürücüsü son bir il ərzində tıxaclarda orta hesabla 156 saat vaxt keçirib.

Britaniya paytaxtı ikinci ildir ki, bu reytinqdə liderdir. Şəhərin hər bir sürücüsü tıxaclar səbəbindən vaxt itirməsi nəticəsində orta hesabla təxminən 1,4 min funt sterlinq (1,7 min dollar) əlavə xərcə düşüb.

Britaniya paytaxtını Çikaqo (155 saat), Paris (138 saat), Boston (134 saat) və Nyu-York (117 saat) izləyir.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir