Xırdalanda avtomobil transformatora çırpılıb.
resmixeber.az xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində ciddi xəsarət olmayıb.
“Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu faktı resmixeber.az-a təsdiq edib.
O bildirib ki, sözügedən qəza ilə bağlı əraziyə dərhal qəza xidmətinin əməkdaşları cəlb edilib:
“Qarlı hava şəraiti ilə bağlı bu kimi hallar ola bilir. Nəqliyyat vasitəsi idarəetməni itirərək transformatora çırpılıb. Dərhal əraziyə yeni transformator quraşdırılıb. Problem aradan qaldırılıb”.
Könül Cəfərli
www.RESMIXEBER.az