Türkiyənin Egey sahillərində zəlzələ baş verib. 5 bal gücündə yeraltı təkanlar ən çox Egey dənizindəki Midilli adasında hiss olunub.
Bu barədə Türkiyənin Kandilli Rəsədxanası və Zəlzələ Araşdırmaları İnstitutundan xəbər verilib.
Bildirilir ki, yeraltı təkanlar İzmir, Balıkəsir və Çanaqqalada da hiss olunub.
O da qeyd edilir ki, adada baş verən zəlzələdən sonra bir müddət 3,9, 4 və 4,8 bal gücündə təkanlar müşahidə olunub.
İnsan itkisi və dağıntılar barədə məlumat verilməyib.
Mənbə: Sözcü
www.RESMIXEBER.az