
Bakı.Trend:
Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib.
Trend-in
məlumatına görə, hadisə bu gün saat 13:00 radələrində baş
verib.
Belə ki, “Ford Transit” markalı avtomobil idarəetmədən çıxaraq
aşıb.
Nəticədə avtomobilin sürücüsü, 1976-cı il təvəllüdlü Əli Osmanov
ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas
etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, qəzanın başvermə səbəbləri
araşdırılır.

