Kamran Əliyev Qarsda səfərdədir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Baş Prokuroru Kamran Əliyev Türkiyənin Qars
şəhərində səfərdədir.

Bu barədə Azərbaycanın Qarsdakı Baş Konsulluğu “X” sosial şəbəkə
hesabında məlumat yayıb.

“15 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Baş
Prokuroru Kamran Əliyev və Türkiyə Respublikası Ali Məhkəməsinin
Respublika Baş Prokuroru Muhsin Şentürk Qars Ədliyyəsini ziyarət
ediblər”, – məlumatda bildirilib.