
Bakı. Trend:
Böyük Britaniyanın müdafiə naziri Con Hili istefa vermək
qərarına gəlib.
Bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Siyasətçi sosial şəbəkə hesablarında məktub dərc edib. O, bu
məktubu “heç vaxt yazacağını gözləmədiyini” bildirib.
Nəşrin müəllifləri yazır ki, hərbi qurumun rəhbərinin istefası
ölkənin müdafiə sahəsinə investisiya planının hələ də həyata
keçirilmədiyi bir vaxta təsadüf edib. Beləliklə, Hilinin istefası
ordunun maliyyələşdirilməsi ilə bağlı əsas vədlərin yerinə
yetirilməməsi ilə əlaqəli ola bilər.

