
Bakı. Trend:
Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı
saxlanılan Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının
idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis
müavini Zülfüqar Mansurovun cinayət işi üzrə məhkəmə prosesi
başlayıb.
Trend xəbər
verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə anket
məlumatları dəqiqləşdirilib.
Məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edilib.
Növbəti iclas 23 iyunda keçiriləcək.
Qeyd edək ki, Zülfüqar Mansurov ötən ilin noyabrında Baş
prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ
Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı
saxlanılıb.
O, Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma – qabaqcadan əlbir
olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə),
311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 311.3.3 (külli miqdarda
rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

