Sabirabadda yol qəzası azyaşlının ölümü ilə nəticələndi

Baş səhifə

Bakı.Trend:

Sabirabad piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi
baş verib.

Trend-in
məlumatına görə, hadisə17:00 radələrində rayonun Şıxsalahlı kəndi
ərazisindən keçən magistral avtomobil yolunda baş verib.

Belə ki, “VAZ-2107” markalı avtomobil təxminən 10-15 yaşlarında
olan kişi cinsli piyadanı vurub.




Nəticədə ağır xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi
Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq
onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.