
Bakı. Trend:
Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Rüstəmov Vilayət
Məhəmməd oğlu və Həsənov Nurlan Nadir oğlunun əziz xatirələrinə
həsr olunmuş anım tədbirləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki,
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən
tədbirlərdə nazirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri,
şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak
ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda
canlarından keçmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla
yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirlərin iştirakçılarına şəhidlərimizin nümunəvi xidmətləri
və döyüş yolları haqqında ətraflı məlumat verilib.
Anım mərasimlərində çıxış edənlər şəhidlərimizin döyüşlərdə
göstərdikləri qəhrəmanlıq və şücaətlərindən söz açıblar.
Sonda şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və
qayğıya, həmçinin şəhidlərimizin xatirələrinin daim uca tutulduğuna
görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər.

