Bakı. Trend:
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm
Umerov ABŞ nümayəndələri ilə yeni danışıqların başladığını
bildirib. Danışıqlar ABŞ-ın Mayami şəhərində təşkil olunur.
Bu barədə Trend
Umerovun “Telegram” kanalına istinadən məlumat verir.
Umerovun paylaşımından görünür ki, görüşdə yalnız o iştirak
etməyəcək. Onunla birlikdə Ukrayna Silahlı Qüvvələrinin Baş
Qərargah rəisi, general Andrey Qnatov da iştirak edəcək.
“Birləşmiş Ştatlarda işimizin üçüncü günüdür. Bu gün
general-leytenant Andrey Qnatovla birlikdə Amerika tərəfi ilə daha
bir görüşümüz olacaq. Konstruktiv və konkret şəkildə işləyirik.
Növbəti irəliləyişlərə və praktik nəticələrə ümid edirik”, – deyə o
bildirib.

