NATO Latviyanın hər qarışını qorumağa hazırdır – Rutte

Baş səhifə

Bakı.Trend:

NATO Latviyanın hər qarışını dronlardan qorumağa hazırdır.

Trend xəbər verir
ki, bunu NATO-nun baş katibi Mark Rutte Latviya Prezidenti Edqars
Rinkviçlə telefon danışında bildirib.




“Az öncə Latviya prezidenti Edqars Rinkeviçs ilə Latviyada baş
verən son hadisələr, o cümlədən pilotsuz uçuş aparatları ilə bağlı
insidentlər barədə danışdım. NATO üzv ölkələrin təhlükəsizliyinə
tam sadiqdir və alyans NATO ərazisinin hər qarışının müdafiəsini
təmin etməyə davam edəcək”, – deyə Rütte X sosial şəbəkəsində
yazıb.

Bundan əvvəl NATO-nun baş katibi Baltikyanı ölkələrdə pilotsuz
uçuş aparatlarının düşməsinə görə bütün Rusiyanı cavabdeh bilərək,
bu kimi halların Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə əlaqədar
olduğunu bildirmişdi.