
Bakı.Trend:
Rusiyalı milyarder Mixail Smirnov Leninqrad vilayətində baş
vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
Smirnov şirkətin direktorlar şurasının sədri olub.
Ölümlə nəticələnən qəza faktı ilə bağlı polis araşdırma
aparır.
1972-ci il təvəllüdlü Smirnov “Triumph” markalı motosikleti
idarə edərkən sükanı idarəetmədən çıxarıb, qarşı hərəkət zolağına
keçib və orada “Haval” markalı avtomobillə toqquşub. Hadisə
nəticəsində motosikletin sürücüsü təcili tibbi yardım gələnədək
həyatını itirib.
Mixail Smirnovun gələn ay 54 yaşı tamam olacaqdı. İş adamı
“Baltik Yanacaq Şirkəti” MMC-nin ortaq sahiblərindən biri olub. BTK
neft məhsullarının ixracı ilə məşğul olan bir neçə şirkəti
birləşdirir.
Rusiyalı jurnalistlər 2024-cü ildə Smirnovu Rusiyanın
“Milyarderlər reytinqi”ndə 108-ci yerə layiq görərək onun sərvətini
7,79 milyard rubl (təxminən 179 milyon manat )
qiymətləndiriblər.

