Dağlıq ərazidə köməksiz qalan şəxslər xilas ediliblər (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Ötən gecə Şəki rayonunda Şəkidə dağlıq ərazidə köməksiz
vəziyyətdə qalan şəxslər xilas ediliblər.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat
verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla
əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki
rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri
axtarış-xilasetmə əməliyyatına cəlb olunub.




Gecə saatlarında keçirilmiş əməliyyat nəticəsində
yanğınsöndürən-xilasedicilər tərəfindən dağlıq ərazidə azmış
vətəndaşlar tapılaraq xilas olunublar.