
Bakı. Trend:
Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi
ödənişli avtomobil yolunda müəyyən edilmiş sürət həddinə
quraşdırılmış radar qurğuları vasitəsilə intensiv nəzarət
olunur.
Bu barədəc Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)
məlumat verilib.
BDYPİ bir daha bütün yol hərəkəti iştirakçılarını təhlükəsizlik
qaydalarına riayət etməyə çağırıb.

