İsrail qoşunları Livanın cənubunda atəşə tutulub

Baş səhifə

Bakı. Trend:

Livanın cənubunda fəaliyyət göstərən İsrail hərbçiləri “Hizbullah” təşkilarının bölmələri tərəfindən atəşə məruz
qalıblar.

Trend-in
məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti
bildirib.




Məlumata əsasən, mayın 5-i axşamı iki belə hadisə qeydə alınıb
və ümumilikdə “bir neçə raket” atılıb.

“Raketlər əsgərlərin yaxınlığına düşüb. İsrail Müdafiə Qüvvələri
arasında itki barədə məlumat verilməyib”, – deyə bildirilib.