İngiltərə Premyer Liqası: “Çelsi” evdə “Nottinqem Forest”ə uduzub

Baş səhifə
İngiltərə Premyer Liqası: Çelsi evdə Nottinqem Forestə uduzub

İngiltərə Premyer Liqasının XXXV turunda “Çelsi” evdə “Nottinqem Forest” kollektivi ilə üz-üzə gəlib.

“Report” xəbər verir ki, “Stemford Bric”də baş tutan matçda “zadəganlar” 1:3 hesabı ilə uduzublar.

“Nottinqem Forest”in qollarını Tayvo Avoni (2, 52) və İqor Jesus (15-p.) vurub. London kollektivinin heyətində isə təsəlli qoluna Juan Pedro (90+3) imza atıb.

Qeyd edək ki, “Çelsi” turnir cədvəlində 48 xalla 9-cu pillədə yer alıb. “Nottinqem Forest” isə 42 xalla 16-cıdır.