Bakı. Trend:
ABŞ hərbi münaqişə səbəbindən Hörmüz boğazında ilişib qalan
gəmiləri müşayiət etmək üçün 4 may səhər saatlarından “Project
Freedom” (“Azadlıq Layihəsi”) əməliyyatına başlamağı
planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
O, bir çox ölkənin Hörmüz boğazında blokadaya məruz qalan
ticarət gəmiləri ilə bağlı narahatlıqlarını ifadə etdiyini qeyd
edib.
“Mən nümayəndələrimə gəmilərinin və heyətlərinin boğazdan
təhlükəsiz şəkildə çıxarılmasını təmin etmək üçün bütün səylərimizi
göstərəcəyimizi bildirmələrini tapşırdım. Onlar ərazi gəmiçilik və
digər məsələlər üçün təhlükəsiz olana qədər heç bir halda geri
qayıtmayacaqlarını bildiriblər. “Project Freedom” adlandırılan
əməliyyat bazar ertəsi səhəri Yaxın Şərq vaxtı ilə başlayacaq”, –
deyə o qeyd edib.
O bildirib ki, bu, ABŞ, Yaxın Şərq ölkələri və xüsusilə İran
tərəfindən edilən humanitar bir jestdir.

