BƏƏ Ərəb Dövlətləri Təşkilatından çıxıb

Baş səhifə

Bakı. Trend:

Ərəb Neft İxrac Edən Ölkələr Təşkilatı (OAPEC) BƏƏ-nin bu il
mayın 1-dən etibarən üzvlüyündən çıxdığını açıqlayıb.

Trend-in
məlumatına görə, bu barədə OAPEC-nin açıqlamasında bildirilib.




Məlumata əsasən, Baş Katiblik “BƏƏ-yə ölkənin təşkilata üzvlüyü
boyunca oynadığı rola və neft, qaz və enerji sektorlarında birgə
ərəb fəaliyyətinin dəstəklənməsindəki fəal töhfəsinə görə
minnətdarlığını bildirir”.

Qeyd edək ki, 1 may 2026-cı ildən BƏƏ-nin OPEC və OPEC+
təşkilatlarından çıxmaq qərarı qüvvəyə minib.