Macarıstanın gələcək Baş naziri kürəkənini ədliyyə naziri etmək istəyir

Baş səhifə
Macarıstanın gələcək Baş naziri kürəkənini ədliyyə naziri etmək istəyir

Macarıstanın gələcək Baş naziri Peter Madyar ədliyyə naziri postuna kürəkəni Marton Melletey-Barnanın namizədliyini irəli sürüb.

“Report” xəbər verir ki, bu barədə siyasətçi özünün feysbuk hesabında məlumat verib.

“Mən “Tisa” partiyasının hüquq direktoru Marton Melletey-Barnadan Ədliyyə Nazirliyinə rəhbərlik etməyi xahiş etdim. Marton Melletey-Barna son iyirmi ildə vəkil kimi çalışır”, – Madyar yazıb.

Lakin o, Melletey-Barna ilə ailə əlaqələri barədə heç bir söz deməyib. 2025-ci ilin sentyabr ayında o, Madyarın bacısı ilə evlənib və bu, Macarıstan mediasında müzakirə mövzusuna çevrilib. Namizədlik ictimai müzakirələrə və qohumbazlıq ittihamlarına səbəb olub.

Madyar özü qeyd edib ki, Melletey-Barnanın ədliyyə naziri vəzifəsinə seçilməsi ailə münasibətlərinə deyil, yalnız onun peşəkar keyfiyyətlərinə əsaslanıb.

O, Melletey-Barnanı tələbəlik illərindən tanıdığını, 2024-cü ilin fevral ayında “Tisa” partiyasına qoşulduğunu və bir ildən çox sonra bacısı ilə evləndiyini bildirib.