8 nəfər yüksək nəticə göstərib, 6 nəfər imtahandan xaric edilib – DİM

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, aprelin 5-də ümumi orta təhsil (9 illik)
səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanının nəticələri elan
olunub.

Trend Dövlət
İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan iştirakçıları
arasında 8 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək
nəticəni göstərib.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə
ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə
bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən
kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.




Bu imtahanda iştirakı nəzərdə tutulan 49701 nəfərdən 326 nəfər
imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6
nəfər imtahandan xaric olunub.

Qeyd edək ki, İmtahan nəticələri ilə bağlı müraciətlərə
baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək.
Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 4 may saat
10:00-dan 6 may saat 17:00-dək tarixlərində DİM-in saytında
yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə
bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər
sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.