“Mançester Siti”nin 31 yaşlı futbolçusu komandanı tərk edə bilər

Baş səhifə

Bakı. Trend:

“Mançester Siti”nin müdafiəçisi Natan Ake yayda klubdan ayrılmaq
variantını nəzərdən keçirə bilər.

Trend xəbər verir ki, bu
barədə Fabritsio Romano məlumat yayıb. İnsayderin məlumatına görə,
31 yaşlı futbolçu bu seçimi araşdırır. Hazırda o, tam diqqətini
mövsümün başa çatdırılmasına yönəldib, bundan sonra ayrılıq
variantı mümkün görünür.




İtaliya klubları yanvar ayında Ake ilə maraqlanmışdı və
danışıqlara yenidən qayıda bilərlər. Natanın hazırkı müqaviləsi 30
iyun 2027-ci ilə qədər qüvvədədir.

Cari mövsümdə niderlandlı futbolçu Premyer Liqada 15 oyunda
iştirak edib, lakin məhsuldar göstərici ilə yadda qalmayıb.