Tramp köməkçilərinə İranın uzunmüddətli blokadasına hazırlaşmaq əmri verib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp köməkçilərinə İranın uzunmüddətli
blokadası üçün plan hazırlamağı tapşırıb.

Trend-in məlumatına görə, bu iddianı mənbələrə istinadla “The
Wall Street Journal” (WSJ) nəşri yayıb.




Mənbələrin məlumatına görə, Ağ Ev rəhbəri bu yaxınlarda neft
tankerləri də daxil olmaqla gəmilərin İran limanlarından çıxmasının
qarşısını almaqla İslam Respublikasının iqtisadiyyatına təzyiq
göstərilməsi ideyasını dəstəklədiyini bildirib.

Onun sözlərinə görə, digər variantlar — bombardmanların bərpası
və ya münaqişədən çıxmaq — Vaşinqton üçün blokadanı davam
etdirməkdən daha böyük risklər daşıyır.