
Bakı. Trend:
Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin
qiyməti 17 iyun 2022-ci ildən bəri ilk dəfə 120 dollar həddini
keçib.
Trend xəbər verir ki, bunu
birja göstəriciləri təsdiqləyir.
Bakı vaxtı ilə saat 23:32-yə olan məlumata əsasən, “Brent”
markalı neftin dəyəri 7,88 faiz artaraq bir barel üçün 120,03
dollara yüksəlib.
Saat 23:37-də isə artım tempi nisbətən zəifləyib və neft bir
barel üçün 119,95 dollar səviyyəsində satılıb ki, bu da 7,81
faizlik artım deməkdir. Bununla yanaşı, 2026-cı ilin iyun ayı üçün
nəzərdə tutulan WTI markalı neft fyuçerslərinin qiyməti də 8,15
faiz bahalaşaraq bir barel üçün 108,07 dollara çatıb.
Ötən həftə Yaxın Şərqdə gərginliyin davam etməsi fonunda “Brent”
markalı neftin qiyməti 105 dollara qədər yüksəlmişdi. Lakin
Birləşmiş Ərəb Əmirliklərinin mayın 1-dən etibarən OPEC və “OPEC+”
sazişindən çıxacağını açıqlamasından sonra bazarda eniş müşahidə
olunmağa başlayıb. Beynəlxalq ekspertlər hesab edirlər ki, bu addım
digər OPEC üzvlərinin də təşkilatı tərk etməsinə təkan verə və
nəticədə neft qiymətlərinin ucuzlaşmasına səbəb ola bilər.


