Netanyahu “Hizbullah”ın hədəflərinə zərbələr endirməyə əmri edib

Baş səhifə

Bakı. Trend:

İsrailin Baş naziri Binyamin Netanyahu orduya Livandakı “Hizbullah” hərəkatının hədəflərinə zərbələr endirməyi əmr
edib.

Trend-in məlumatına görə, bu barədə İsrail mediası xəbər
verib.




Məlumata əsasən, Baş nazir “güclü zərbələr” endirməyi əmr
edib.

O, bu qərarı Hizbullahın atəşkəsi pozaraq İsrail ərazisinə atəş
açdığı barədə xəbərlər yayıldıqdan sonra verib.