Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb – DİN

Baş səhifə

Bakı.Trend:

Aprelin 24-də ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması
polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, ötən gün
axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs
qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.




Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.