ABŞ-nin Florida ştatının Tampa şəhəri yaxınlığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, pilot ölüb.
“Report”un xəbərinə görə, bu barədə “CBS News” telekanalı məlumat yayıb.
Məlumata görə, “Cessna” təyyarəsi səhər yerli vaxtla erkən saatlarda havaya qalxdıqdan sonra naməlum səbəblərdən yerə düşüb. Təyyarə yaşayış binasının həyətinə düşərək yanğına səbəb olub, lakin binanın özünə minimal ziyan dəyib.
ABŞ-nin Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası və Federal Aviasiya Administrasiyası qəzanın səbəbini araşdırır.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

