Belçika Ukraynaya 1,1 milyard avroluq hərbi yardım ayırıb – Rutte

Baş səhifə

Bakı. Trend:

Belçika Ukraynaya ümumi dəyəri 1,1 milyard avro olan yeni hərbi
yardım bloku təqdim edib.

Trend-in
məlumatına görə, bu barədə NATO-nun baş katibi Mark Rutte mətbuat
kofransı zamanı deyib.




“Dünən Berlində [Ukrayna üzrə könüllülər koalisiyasının
iclasında] bir neçə NATO ölkəsi Ukraynaya yeni yardım elan etdi.
Belçika 1,1 milyard avro ayırdığını elan edib”, – deyə o
bildirib.

M.Rutte bu yardımın Kiyevə nə vaxt göndəriləcəyini
dəqiqləşdirməyib.