2026-cı ilin birinci rübü ərzində “Çağrı Mərkəzi” 2597 zəng qəbul edib

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin birinci rübü ərzində Energetika Nazirliyinin “Çağrı
Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 2597 zəng qəbul edilib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Daxil olan zənglərin 2196-sı elektrik və istilik enerjisi, təbii
qaz təchizatı, 229-u təşəkkür xarakterli, 172-si isə digər
məsələlərlə bağlı olub.




Hesabat dövründə qəbul edilən bütün zənglər operativ şəkildə
cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə
nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara
yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri
barədə məlumatlandırılıb.

Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin
səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı
Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir.