
Bakı. Trend:
Azərbaycan sukuk buraxılışı üçün cəlbedici bir bazar ola
bilər.
Trend xəbər verir
ki, bunu İslam İnkişaf Korporasiyasının (ICD) Özəl Sektorun
İnkişafı üzrə Bank Departamentinin birbaşa maliyyələşdirmə
şöbəsinin eksperti Samir Nadir Tağıyev “Halal
Business Forum”da bildirib.
Onun sözlərinə görə, Azərbaycanda sukuk buraxılışı dövlət və
özəl şirkətlər, həmçinin banklar üçün ənənəvi istiqrazlara
alternativ ola bilər.
“Biz bu bazarda böyük tendensiyalar görürük: demək olar ki,
bütün iri oyunçular – dövlət şirkətləri, özəl şirkətlər, özəl
banklar- həmçinin istiqrazlar buraxır. Sukukun alternativ
maliyyələşdirmə aləti kimi mövcudluğu onlara belə qiymətli
kağızları almaqda maraqlı olan qlobal investorlardan vəsait cəlb
etməyə imkan verəcək”,- deyə o qeyd edib.

