Bakı. Trend:
ABŞ İrana ikitərəfli iqtisadi münasibətləri effektiv şəkildə
normallaşdıracaq böyük bir razılaşma təklif edir.
Trend-in məlumatına görə, bu barədə ABŞ vitse-prezidenti Cey Di
Vens deyib.
“Gördüyünüz odur ki, kiçik bir razılaşma etmək istəməyən bir
prezident var”, – deyə o, Donald Trampa istinad edərək
bildirib.
“O, böyük bir razılaşma əldə etmək istəyir. Onun İrana təklif
etdiyi şey çox sadədir, amma açığı, heç bir [ABŞ] prezidentinin
bunu etmək imkanı olmayıb”, – deyə Cey Di Vens əlavə edib.

