
Bakı. Trend:
ABŞ administrasiyası bəzi banklara və Venesuela hökumətinə qarşı
birtərəfli sanksiyaları yumşaldıb.
Trend-in
məlumatına görə, bununla bağlı ABŞ Maliyyə Nazirliyinin Xarici
Aktivlərə Nəzarət İdarəsi eyni məzmunlu iki ümumi lisenziya
verib.
Bu sənədlərdən birində deyilir ki, Vaşinqton müəyyən şərtlərlə
Venesuela hökuməti ilə kommersiya müqavilələrinin bağlanmasına
icazə verib. Lakin bu cür fəaliyyətlər həyata keçirilərkən Rusiya,
İran, Şimali Koreya və Kubada yerləşən şəxslərlə əməliyyatlar
qadağandır. Bundan əlavə, Çində və ya onun yurisdiksiyası altında
yerləşən təşkilatlarla əməliyyatlar qadağandır. ABŞ Maliyyə
Nazirliyinin əməliyyatları təsdiqlədiyi Venesuela banklarının
siyahısına dörd belə qurum daxildir.

