“ChatGPT” rəhbərinin evinə silahlı hücum

Baş səhifə

Bakı. Trend:

“ChatGPT” süni intellekt çat-botunun yardıcısı olan “OpenAI”
şirkətinin rəhbəri Sem Altmanın San-Fransisko (ABŞ) şəhərində
yerləşən evi ötən həftə ərzində – 10 və 11 aprel tarixlərində iki
dəfə hücuma məruz qalıb.

Trend xəbər verir
ki, bu barədə “The San Francisco Standard” yazır.




Məlumata görə, aprelin 12-də yerli vaxtla 01:40-da (Bakı vaxtı
ilə 12:40) iki naməlum şəxs Altmanın evinə avtomobillə yaxınlaşıb
və binaya atəş açaraq hadisə yerini tərk ediblər. Sonrada polis
onları saxlayaraq, cinayətkarlardan 3 odlu silah müsadirə edib.

Bundan əvvəl, aprelin 10-da isə hüquq mühafizə orqanları
əməkdaşları Altmanın evinə molotov kokteyli atmış və şirkət
qərargahının əməkdaşlarını təhdid edən bir kişini saxlamışdı.