Ötən il Azərbaycanda banklar 223 milyon manat qeyri-işlək krediti silib

Baş səhifə

Bakı. Trend:

2025-ci il ərzində Azərbaycanın bank sektoru üzrə 223 milyon
manat məbləğində silinmə baş verib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.




“Silinmələr əsasən istehlak portfeli üzrə olub. Belə ki, dövr
ərzində silinmələrin 60.9%-i (135.8 milyon manat) istehlak portfeli
üzrə, 37.8%-i (84.2 milyon manat) isə biznes portfeli üzrə olub”, –
məlumatda vurğulanıb.

Qeyd edilib ki, 2025-ci il ərzində bank sektorunda qeyri-işlək
portfelin həcmi 16.4% (107 milyon manat) artaraq 763 milyon manat
təşkil edib. Qeyri-işlək portfellər üzrə istehlak kreditlərində 58
milyon manat artım, biznes kreditlərində 54 milyon manat artım,
ipoteka kreditlərində isə 5 milyon manat azalma baş verib.
Nəticədə, qeyri-işlək portfelin cəmi kredit portfelində payı
yarımil ərzində 0.1 faiz bəndi artaraq 2.5% təşkil edib.