Rezidentura üçün ərizə qəbulu başlayır

Baş səhifə

Bakı. Trend:

Rezidentura üçün ərizə qəbulu bu gün başlayır.

Trend Dövlət
İmtahan Mərkəzinə istinadən xəbər verir ki, rezidenturaya qəbul
imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi
ilə aparılır. Namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza
fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 1-ci
cəhdində iştirak etmək üçün Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet”
yaratdıqdan sonra tələb olunan məbləği (60 AZN) “Şəxsi
kabinet”indəki hesabına əlavə etməlidir. Hesaba məbləği əlavə etmək
üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış
olmaq mümkündür.




Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan
istifadə etməklə 2026-cı il 13 apreldən 20 aprel saat 23:59-dək
Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olub “Namizədin elektron ərizəsi”
formasını doldurur və təsdiq edir (etdirir).

Qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanının I cəhdinin 2026-cı il mayın 3‑də keçirilməsi
planlaşdırılır.