
Dağıstanın (Rusiya) doqquz yaşayış məntəqəsində 760-dan çox ev su altındadır.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
“Regionun doqquz yaşayış məntəqəsi su altında qalmaqda davam edir: ümumilikdə 762 yaşayış evi, 812 həyətyanı sahə və 76 avtomobil yolu sahəsi”, – məlumatda vurğulanıb.
FHN-in məlumatına görə, nəticələrin aradan qaldırılması üçün bölgəyə 3,8 mindən çox mütəxəssis və mindən çox texnika cəlb edilib.
Qeyd edək ki, martın 28-də və aprelin 4-5-də yağan güclü yağışlar Dağıstanda genişmiqyaslı daşqına səbəb olub. Əlverişsiz hava şəraiti ilə əlaqədar bölgədə federal səviyyəli fövqəladə vəziyyət rejimi elan edilib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


