AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib

Baş səhifə
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib.

“Report”un məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

U-13 Liqasında keçirilən UGİM (Culfa) – UGİM (Şərur) oyunu bitdikdən sonra birincilərin heyətində 2012-ci il təvəllüdlü Əli Əsgərlinin meydana daxil olması səbəbindən Culfa təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında keçirilən “Araz Saatlı” – “Xan Marafon” İK oyununun 44-cü dəqiqəsində qonaqların məşqçisi Raqib Məmmədov hakimə etiraz olaraq futbolçularını meydandan çıxartdığı üçün onun komandası 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.