Bakı. Trend:
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ prezidenti Donald
Trampdan İranla razılığa gəlmək üçün müddəti daha iki həftə
uzatmasını istəyib.
Trend-in məlumatına görə, bu barədə Şahbaz Şərif “X” sosial
şəbəkəsində yazıb.
“Yaxın Şərqdə davam edən müharibənin sülh yolu ilə həlli üçün
diplomatik səylər davamlı olaraq irəliləyir <…> və
potensial olaraq yaxın gələcəkdə əhəmiyyətli nəticələr verə bilər.
Diplomatiyanın davam etməsinə imkan vermək üçün Prezident Trampı
[İranla razılığa gəlmək üçün] son tarixi iki həftə uzatmağa
çağırıram”, – deyə o bildirib.
O, İran hakimiyyətinin bu müddət üçün “xoşməramlılıq jesti”
olaraq Hörmüz boğazını açmalı olduğunu vurğulayıb.

