
Bakı. Trend:
Aprelin 6-da Almaniyada dizelin bir litri 2.487 avroya (4.87
manat) yüksələrək indiyədək ən yüksək göstəricini qeydə alıb.
Trend xəbər verir ki, bu
barədə Almaniyanın Avtomobil Assosiasiyası (ADAC) məlumat
yayıb.
Bildirilir ki, qiymət artımı Yaxın Şərqdə davam edən gərginlik,
qlobal neft bazarında bahalaşma və Hörmüz boğazı ətrafında
gəmiçilikdə yaranan çətinliklərlə bağlıdır.
Həmçinin qeyd olunur ki, Almaniya hökumətinin gördüyü son
tədbirlər də bahalaşmanın qarşısını ala bilməyib. Belə ki, ötən
həftə qəbul edilən və aprelin 1-dən qüvvəyə minən qanuna əsasən,
yanacaq qiymətlərinin gün ərzində yalnız bir dəfə artırılmasına
icazə verilir.

