Azərbaycanın karbamid ixracından gəliri azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 21,9 milyon ABŞ
dolları dəyərində karbamid ixrac edilib.

Trend bu
barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
(İİTKM) “İxrac icmalı”nın 2026-cı il üçün mart sayına istinadən
xəbər verir.




Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,1
milyon ABŞ dolları və ya 39,2% azdır.

Qeyd edək ki, bu ilin yanvar-fevral ayında Azərbaycanın
qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə
müqayisədə 19,7% artaraq 580,7 milyon ABŞ dolları təşkil edib.
2026-cı ilin yanvar-fevral ayında yeyinti məhsulları üzrə ixrac
30,5% artaraq 200,6 milyon ABŞ dollarına bərabər olub.