Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə
keçirilən “Bankçılıq Mükafatları – 2025”in qalibləri müəyyən
olunub. Kapital Bank 7 nominasiyada mükafata layiq görülüb.

ABA-nın 35 illik yubileyinə təsadüf edən qiymətləndirmənin
nəticələrinə əsasən, Kapital Bank “Korporativ sosial məsuliyyət”,
“Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”, “Kiçik və
Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar
tədbirlər keçirmiş ABA üzvü”, “Rəqəmsal ödənişlər sahəsində
innovativ layihələrin tətbiqi”, “Rəqəmsal ödənişlərdə
təhlükəsizliyə dair maarifləndirmə layihələri” və “Beynəlxalq
əməkdaşlığın inkişafında fərqlənən bank” nominasiyaları üzrə qalib
olub.




Qeyd edək ki, Kapital Bank ötən il ərzində bu istiqamətlərin hər
biri üzrə məqsədyönlü və davamlı layihələr həyata keçirib. Bankın
korporativ sosial məsuliyyət təşəbbüsləri, maliyyə savadlılığının
artırılmasına və təhsilə dəstəyi, sahibkarlığın inkişafına
töhfələri, rəqəmsal ödənişlər sahəsində innovativ yanaşmaları və
təhlükəsizlik üzrə maarifləndirmə fəaliyyəti, eləcə də beynəlxalq
əməkdaşlıq istiqamətində atdığı addımlar onun uzunmüddətli inkişaf
strategiyasının əsas prioritetlərini təşkil edir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və
Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha
ətraflı məlumat almaq üçün https://kapitalbank.az
saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial
şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Nağd pul krediti

Birbank kartı
sifarişlərinizi onlayn formada
həyata keçirə bilərsiniz.