Pakistanda polis bölməsi qarşısında partlayış – Ölən və yaralananlar var

Baş səhifə

Bakı. Trend:

Pakistanın şimal-qərbində polis bölməsinin qarşısında partlayış
törədilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, kamikadze-terrorçunun idarə etdiyi avtomobildə
quraşdırdığı partlayıcı qurğunu işə salması nəticəsində baş verən
partlayışdan azı 5 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.




Qanlı insident Xeybər Paxtunxva əyalətinin Bannu rayonunun Domel
inzibati ərazisində baş verib. Partlayış dalğası nəticəsində
yaxınlıqdakı evlərə də ciddi ziyan dəyib.

Qurbanlardan üçü qadın, biri uşaqdır. Yerli rəsmilərin
bildirdiyinə görə, təhlükəsizlik qüvvələri avtomobilə atəş açaraq
sürücünü polis bölməsinə çatmamış öldürsələr də, partlayıcı qurğu
işə düşüb.