Bakı. Trend:
Parisdə yük maşını və avtobus sürücülərinin etiraz aksiyası
keçirilib.
Trend “Euronews”a
istinadən xəbər verir ki, aksiya Avropa Yol Nəqliyyatı Təşkilatının
çağırışı ilə təşkil olunub.
Paytaxtın dairəvi yolunda təxminən 200 avtobusun aşağı sürətlə
hərəkət etməsi (“İlbiz əməliyyatı”) nəticəsində nəqliyyatda ciddi
problemlər yaranıb.
Etirazçılar yanacaq qiymətlərinin artmasına etiraz edir və
hakimiyyətdən daha çox dəstək tələb edirlər.
Bildirilib ki, bu həftə Luara, Provans-Alp-Kot d’Azur,
Oksitaniya və Yeni Akvitaniya bölgələrində də oxşar aksiyaların
keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Yaxın Şərqdəki müharibədən ciddi təsirlənən
nəqliyyat sektoru artıq hökumətdən müəyyən dəstək alıb. Cümə günü
iqtisadiyyat naziri Roland Leskür və nəqliyyat naziri Filipp Tabaro
sahənin inkişafı üçün 50 milyon avro vəsait ayrıldığını
açıqlayıblar.

