
Bakı. Trend:
Dünya bazarında neft qiymətləri 2026-cı ilin mart ayında
əhəmiyyətli artım göstərib.
Trend xəbər verir
ki, bu barədə Londonun ICE birjasının ticarət məlumatlarında qeyd
olunub.
Məlumata görə, 2026-cı ilin iyun ayı üzrə Brent markalı neftin
fyuçers qiyməti mart ayında 42,02 faiz artaraq bir barel üçün
103,97 dollar təşkil edib.
Eyni dövrdə may ayı üzrə WTI markalı neftin qiyməti isə 50,66
faiz yüksələrək 101,38 dollara çatıb.

