Bakı. Trend:
ABŞ administrasiyası Yaxın Şərqdəki Amerika universitetlərinin
İran tərəfindən hücuma məruz qalmasını istəmirsə, Tehran vaxtı ilə
30 mart günorta saatlarına qədər İran universitetlərinə edilən
hücumları pisləməlidir.
Trend-in
məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun
(SEPAH) açıqlamasında bildirilib.
“İsrail və ABŞ yenidən İranın ali təhsil müəssisələrinə zərbələr
endirərək Tehrandakı Elm və Texnologiya Universitetini
bombalayıblar. Əgər ABŞ administrasiyası iki universitet istisna
olmaqla, regiondakı universitetlərinə hücum edilməsini istəmirsə,
onun nümayəndələri 30 mart Tehran vaxtı ilə saat 12:00-a qədər İran
universitetlərinə edilən hücumları pisləməlidirlər”, – deyə
bildirilib.

