Ağsuda 4 gün öncə baş verən qətlin üstü açıldı

Baş səhifə

Bakı.Trend:

Martın 23-də Ağsu rayonunun Muradlı kəndi ərazisində əkin
sahəsində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb.

Trend-in
məlumatına görə, meyitin rayon sakini Zahirə Şükürovaya məxsus
olması müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni
törətməkdə şübhəli bilinən şəxslər – 1977-ci il təvəllüdlü Əyyub
Sahabov və 1977-ci il təvəllüdlü Seymur Məmmədov saxlanılaraq
istintaqa təhvil verilib.




Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə
aralarında yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək
qətlə yetiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.